ABB biznes xərclərindən mil qazandıran yeni kartlarını təqdim etdi1business.media xəbər verir ki, ABB hüquqi şəxslər, fərdi sahibkarlar və onların əməkdaşları üçün ABB AZAL Miles Business kartlarını istifadəyə verib.
Yeni kartlar vasitəsilə şirkətlər biznes və ezamiyyət xərclərini ödəyərkən AZAL uçuş milləri qazana biləcəklər.
Toplanan millər şirkətin və ya əməkdaşın AZAL Miles hesabına köçürülür. Bu millərdən aviabiletlərin alınması, uçuş zamanı xidmət sinfinin yüksəldilməsi, status ballarına çevrilməsi və proqramın digər imkanlarından yararlanmaq üçün istifadə etmək mümkündür.
Kartın istifadə müddəti 5 il müəyyən edilib.
Kart sahiblərinə hansı üstünlüklər təqdim olunur?
- 9 000-dək xoş gəldin mili;
- Fast Track xidmətindən istifadə;
- Hava limanına transfer;
- Biznes və VIP lounge zallarına giriş;
- Digər səyahət imtiyazları.
Xidmətlərdən ödənişsiz istifadə imkanları kartın növündən asılıdır və illik limitlərlə müəyyən edilir.
Yeni kartlar şirkətlərə biznes ödənişləri vasitəsilə uçuş milləri toplamaq, əməkdaşlara isə ezamiyyətlər zamanı əlavə səyahət imkanlarından yararlanmaq imkanı verir.
