BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Dövlət və Vətəndaş Cəmiyyəti (ADVCA)

Vyetnam şirkəti Azərbaycanda investisiya layihələri həyata keçirəcək – ROX Group ilə sənədlər imzalanıb

 Vyetnam şirkəti Azərbaycanda investisiya layihələri həyata keçirəcək – ROX Group ilə sənədlər imzalanıb
 
Vyetnam biznesinin Azərbaycanda iştirakı genişlənir. Tikinti, infrastruktur və alternativ enerji sahələrində fəaliyyət göstərməkdə maraqlı olan ROX Group şirkəti ilə investisiya əməkdaşlığı üzrə sənədlər imzalanıb.
 
1business.media xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində danışıb.
 
Dövlət başçısı bildirib ki, Vyetnam şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirakı iki ölkə arasında münasibətlərin mühüm tərkib hissəsidir.
 
ROX Group Azərbaycana maraq göstərir
 
Prezidentin sözlərinə görə, Vyetnamın ROX Group şirkəti Azərbaycanda tikinti və infrastrukturun inkişafı, Günəş və külək enerjisi sahələrində layihələr həyata keçirməkdə maraqlıdır.
 
2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq sənədlər imzalanıb.
 
Ticarət dövriyyəsi 150 milyon dolları ötüb
 
İlham Əliyev qeyd edib ki, 2025-ci ilin yekunlarına görə, Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon dollardan çox olub.
 
Dövlət başçısı bu göstəricinin iki ölkənin real iqtisadi potensialını tam əks etdirmədiyini vurğulayıb.
 
Onun sözlərinə görə, enerji, sənaye, kənd təsərrüfatı və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur.
 
Prezident əminliyini ifadə edib ki, Azərbaycan və Vyetnam arasında planlı əməkdaşlıq yaxın müddətdə konkret iqtisadi nəticələr verəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05