BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Azərbaycanda 10 ayda pensiyalara 6,5 milyard manat xərclənib

 Azərbaycanda 10 ayda pensiyalara 6,5 milyard manat xərclənib
Azərbaycanda 2026-cı ilin yanvar-oktyabr aylarında pensiya ödənişlərinə 6 milyard 527 milyon manat vəsait ayrılıb.
 
1business.media xəbər verir ki, bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 608 milyon manat və ya 10 faiz çoxdur.
 
Məlumata görə, 2026-cı ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb.
 
Noyabrın 1-nə olan göstəricilərə əsasən:
- Orta aylıq pensiya – 596 manat;
- Yaşa görə orta aylıq pensiya – 634 manat.
Hər iki göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artıb.
 
Pensiya təyinatları da açıqlanıb
 
Bu ilin 10 ayında 30 min nəfərə pensiya elektron sistem vasitəsilə proaktiv qaydada təyin edilib. 2019-cu ildən indiyədək bu qaydada pensiya təyin olunanların sayı 208 minə çatıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05