İcbari avtosığortada ən çox şikayət edilən şirkətlər açıqlandıAzərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət alan sığorta şirkətlərinin adları açıqlanıb. Siyahıda ən yüksək göstərici “Xalq Sığorta” ASC-də qeydə alınıb.
1business.media xəbər verir ki, 1 oktyabr 2025-ci ildən 30 sentyabr 2026-cı ilədək olan dövr üzrə şikayət indeksinə əsasən, “Xalq Sığorta”nın göstəricisi 1,52 təşkil edib.
İkinci yerdə 1,21 indekslə “Meqa Sığorta” ASC qərarlaşıb.
Şikayət indeksi sığorta şirkətlərinin aldığı şikayətlərin sayının bağladıqları müqavilələrin sayına nisbəti əsasında hesablanır. Göstəricinin 1-dən yüksək olması şirkətin həmin sığorta növü üzrə xidmət səviyyəsinin digər şirkətlərlə müqayisədə aşağı olduğunu göstərir.
Mərkəzi Bankın metodologiyasına əsasən, bu indeks sığorta şirkətlərinin maliyyə dayanıqlılığının zəif olması demək deyil. Göstərici avtomobil sahiblərinə icbari sığorta şirkəti seçərkən əlavə məlumat vermək məqsədi daşıyır.
