BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Dövlət və Vətəndaş Cəmiyyəti (ADVCA)

Azərbaycanda bir şagirdə ildə 1 700 manat xərclənir – Təhsildə yeni islahat

 Azərbaycanda bir şagirdə ildə 1 700 manat xərclənir – Təhsildə yeni islahat
Azərbaycanda bir şagirdin təhsilinə düşən orta illik xərc 1 700 manat təşkil edir. Təhsil xərclərinin daha səmərəli idarə olunması üçün yeni maliyyələşmə modelinin tətbiqi nəzərdə tutulur.
 
1business.media xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı məlumat verib.
 
Nazir müavininin sözlərinə görə, hazırda şagirdlərin 60 faizi 833 məktəbdə təhsil alır. Mövcud maliyyələşmə sistemində vəsaitlərin bir hissəsi şagirdlərin sayına deyil, təhsil müəssisələrinin saxlanılmasına yönəldilir.
 
Bu problemin aradan qaldırılması üçün 2027–2030-cu illəri əhatə edən strategiya layihəsində iki geniş islahat paketi hazırlanıb.
 
Yeni model çərçivəsində adambaşı maliyyələşmə sisteminin mərhələli tətbiqi planlaşdırılır. Bu dəyişiklik təxminən 500 məktəbi əhatə edəcək. Həmin məktəblərdə ölkə üzrə şagirdlərin 50 faizi təhsil alır.
 
2027-ci ildə 100 təhsil müəssisəsinin yeni maliyyələşmə modelinə keçirilməsi üçün dövlət büdcəsində 223,8 milyon manat vəsait nəzərdə tutulub.
 
Yeni sistemin tətbiqi ilə təhsil xərclərinin şagird sayına uyğun bölüşdürülməsi və ayrılan vəsaitlərin daha səmərəli istifadəsi hədəflənir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05