BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Dövlət və Vətəndaş Cəmiyyəti (ADVCA)

Dağ və sərhəd kəndlərində qaz və işıq ödənişlərinə güzəşt təklif olunur

 Dağ və sərhəd kəndlərində qaz və işıq ödənişlərinə güzəşt təklif olunur
Azərbaycanda sərt iqlim şəraitində yerləşən dağ və sərhəd kəndlərində yaşayan ailələr üçün kommunal ödənişlərdə güzəştlərin tətbiqi təklif edilib.
 
1business.media xəbər verir ki, bu təkliflə Milli Məclisin komitə sədri Zahid Oruc 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edib. 
 
 
Deputat bildirib ki, Bakı və Abşeronda hava şəraiti ilə Gədəbəy, Daşkəsən, Lerik, Şahbuz və Qusarın yüksək dağ kəndlərindəki iqlim arasında ciddi fərq var.
 
Onun sözlərinə görə, bəzi yaşayış məntəqələrində ailələr ilin 7-8 ayı evlərini qızdırmağa məcbur olurlar. Buna baxmayaraq, ölkə üzrə eyni kommunal tariflər və istehlak limitləri tətbiq edilir.
 
Hansı güzəştlər təklif olunur?
 
Zahid Oruc sərt iqlim şəraitində yaşayan ailələr üçün aşağıdakı dəyişiklikləri təklif edib:
- Qaz və elektrik enerjisi üzrə istehlak limitlərinin ləğvi;
- Kommunal ödənişlərdə güzəştli tariflərin tətbiqi;
- Dağ və sərhəd kəndlərində çalışan müəllim və həkimlərə əlavə ödəniş əmsallarının müəyyənləşdirilməsi.
Deputat qeyd edib ki, təklif bütün ölkə üzrə tariflərin dəyişdirilməsini nəzərdə tutmur. Məqsəd çətin iqlim şəraitində yaşayan əhalinin sosial yükünü azaltmaqdır.
 
Yeni dövlət proqramı da təklif edilir
 
Zahid Oruc sərhəd və dağ kəndlərində məskunlaşmanın gücləndirilməsi üçün ayrıca dövlət proqramının qəbul edilməsini də vacib sayıb.
 
Onun fikrincə, belə bir proqram regionlardan paytaxta əhali axınının qarşısının alınmasına kömək edə bilər.
 
Qeyd edək ki, qaz və işıq ödənişləri ilə bağlı səsləndirilən fikirlər hazırda təklif xarakteri daşıyır. Güzəştlərin tətbiqi ilə bağlı yekun qərar açıqlanmayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05