BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes

Dövlət qurumu internet xidmətləri üçün yeni tarifləri təsdiqlədi – Qiymətlər açıqlandı

 Dövlət qurumu internet xidmətləri üçün yeni tarifləri təsdiqlədi – Qiymətlər açıqlandı
Azərbaycanda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin göstərdiyi internet xidmətləri üzrə yeni tariflər müəyyənləşdirilib.

1business.media xəbər verir ki, yeni tariflər Xidmətin Kollegiyasının müvafiq qərarı ilə təsdiqlənib.

Qərara əsasən, internet kanalının tutumundan asılı olaraq hər 1 Mb/s üçün aylıq ödəniş fərqli olacaq.

Yeni tariflər aşağıdakı kimi müəyyən edilib:
- 100 Mb/s-ə qədər kanal tutumu – 16 manat;
- 100 Mb/s-dən 1 000 Mb/s-ə qədər – 14 manat;
- 1 000 Mb/s-dən 10 000 Mb/s-ə qədər – 12 manat;
- 10 000 Mb/s-dən 100 000 Mb/s-ə qədər – 10 manat.
Bir statik IP ünvanı üçün aylıq tarif isə 5 manat təşkil edəcək.

Qeyd edək ki, açıqlanan qiymətlərə əlavə dəyər vergisi (ƏDV) daxil deyil.

Yeni tariflər Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təqdim etdiyi internet xidmətlərinə aiddir. Bu qərarın bütün ev interneti istifadəçilərinin tariflərinin dəyişməsi anlamına gəlmədiyini nəzərə almaq lazımdır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05