BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes

4,7 milyon manat kapitalı olan aqrar şirkət fəaliyyətini dayandırır

 4,7 milyon manat kapitalı olan aqrar şirkət fəaliyyətini dayandırır
 
Azərbaycanda fəaliyyət göstərən “Süsən Aqro” MMC başqa şirkətə qoşulmaqla yenidən təşkil olunur. Proses nəticəsində şirkətin müstəqil fəaliyyəti dayandırılacaq.
 
1business.media xəbər verir ki, “Süsən Aqro” MMC “Agro Dairy” MMC-yə qoşulduğunu elan edib.
 
Yenidən təşkil prosesi çərçivəsində “Süsən Aqro” MMC-nin fəaliyyətinə xitam veriləcək, onun hüquq və öhdəlikləri isə “Agro Dairy” MMC-yə keçəcək.
 
Elana əsasən, kreditorlar bir ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi, ev 1, mənzil 115 ünvanına bildirə bilərlər.
 
Şirkətin kapitalı 4,7 milyon manatdan çox olub
 
Qeyd edək ki, “Süsən Aqro” MMC 2011-ci ildən Azərbaycanda fəaliyyət göstərib. Şirkətin nizamnamə kapitalı 4 milyon 730 min manat təşkil edib.
 
Qoşulma prosesi başa çatdıqdan sonra “Agro Dairy” MMC yenidən təşkil olunacaq və “Süsən Aqro”nun hüquq və öhdəliklərini öz üzərinə götürəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05