Azərbaycan Türkiyədən 2 milyard dollara yaxın mal alıbAzərbaycan 2026-cı ilin yanvar-oktyabr aylarında Türkiyədən 1 milyard 975 milyon 498 min ABŞ dolları dəyərində məhsul idxal edib.
1business.media xəbər verir ki, idxalın ümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azalıb.
Hesabat dövründə Azərbaycanın Türkiyədən aldığı malların dəyəri bu ölkənin ümumi ixracının 1 faizini təşkil edib.
Oktyabr ayında Türkiyədən Azərbaycana 207 milyon 181 min dollar dəyərində məhsul göndərilib. Bu göstərici ötən ilin müvafiq ayı ilə müqayisədə 16,2 faiz azdır.
Türkiyənin ümumi ixracı isə yanvar-oktyabr aylarında illik müqayisədə 6 faiz artaraq 206 milyard 37 milyon 715 min dollara çatıb.
Oktyabr ayında ölkənin ixracı 22 milyard 334 milyon 23 min dollar təşkil edib.
