BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Alqı satqı

Azərbaycanın İsveçrəyə ixracı 32 faiz artıb, Ukraynaya satışlar azalıb

 Azərbaycanın İsveçrəyə ixracı 32 faiz artıb, Ukraynaya satışlar azalıb

1business.media xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın İsveçrəyə qeyri-neft məhsulları ixracı 32,3 faiz artaraq 327,9 milyon ABŞ dollarına çatıb.

Ötən ilin eyni dövründə İsveçrəyə qeyri-neft ixracının dəyəri 247,8 milyon dollar olub. Bu il göstərici 80,1 milyon dollar artıb.

Ukraynaya ixracda isə azalma qeydə alınıb. Hesabat dövründə bu ölkəyə 121,2 milyon dollar dəyərində qeyri-neft məhsulları göndərilib. Ötən ilin eyni dövründə göstərici 147,3 milyon dollar təşkil edib.

Beləliklə, Ukraynaya ixrac 26,1 milyon dollar azalıb.

Yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracında Rusiya 881,4 milyon dollarla birinci, Türkiyə 475,2 milyon dollarla ikinci, Gürcüstan 443 milyon dollarla üçüncü, İsveçrə 327,9 milyon dollarla dördüncü, Ukrayna isə 121,2 milyon dollarla beşinci yerdə qərarlaşıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05