Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
1business.media xəbər verir ki, 2026-cı il oktyabrın sonunda Azərbaycanda pul bazası 25 milyard 146,1 milyon manata çatıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici sentyabrın sonu ilə müqayisədə 1,3 faiz artıb.
İlin əvvəlindən pul bazası 11,9 faiz, son 12 ay ərzində isə 17,5 faiz yüksəlib. Ötən ilin oktyabr ayının sonunda pul bazası 21 milyard 395,1 milyon manat təşkil edib.
Beləliklə, bir il ərzində ölkədə pul bazası təxminən 3 milyard 751 milyon manat artıb.
