“PAŞA Sığorta” üç avtomobil hadisəsi üzrə 148 min manatdan çox ödəniş edib“PAŞA Sığorta” sentyabr ayında KASKO sığortası üzrə üç hadisəyə görə müştərilərinə ümumilikdə 148 587 manat ödəniş edib.
1business.media xəbər verir ki, hadisələrdən birində güclü yağışdan sonra yaranan su gölməçəsindən keçən avtomobilin mühərrik hissəsi zədələnib. Təmir xərclərinin qarşılanması üçün 61 213 manat ödənilib.
Digər hadisədə avtomobil qəza nəticəsində tam yararsız vəziyyətə düşüb. Sığorta şirkəti nəqliyyat vasitəsinin tam itkisinə görə 54 900 manat kompensasiya verib.
Üçüncü hadisə zamanı isə avtomobilə yol-nəqliyyat qəzası nəticəsində zərər dəyib. Təmir işləri başa çatdıqdan sonra nəqliyyat vasitəsi sahibinə qaytarılıb. Bu hadisə üzrə 32 474 manat ödəniş həyata keçirilib.
Beləliklə, üç hadisə üzrə ödənişlərin ümumi məbləği 148 587 manat təşkil edib.
