BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Sığortaçılar (ASA)

Atəşgahdan KASKO üzrə 31 565 manatlıq ödəniş

 Atəşgahdan KASKO üzrə 31 565 manatlıq ödəniş

1business.media xəbər verir ki, “Atəşgah” Sığorta Şirkəti KASKO sığortası üzrə 31 565 manat məbləğində ödəniş edib.

Ödəniş “Mitsubishi Pajero Sport” markalı avtomobilə dəymiş zərərin qarşılanması üçün həyata keçirilib.

Hadisə Saatlı rayonunda baş verib. Yol-nəqliyyat hadisəsi zamanı avtomobilin sürücüsü idarəetməni itirərək maneə ilə toqquşub. Nəticədə nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Dəymiş zərərin məbləği şirkətin Texniki Ekspertiza şöbəsinin apardığı qiymətləndirmə əsasında müəyyənləşdirilib. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq sığortalıya 31 565 manat ödənilib.

“Atəşgah” Sığorta Şirkəti 30 illik fəaliyyət tarixçəsinə malikdir və KASKO üzrə irihəcmli ödənişlər həyata keçirir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05