BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes

Lənkəranda yağış meyvə bağlarını vurdu

 Lənkəranda yağış meyvə bağlarını vurdu

1business.media xəbər verir ki, Lənkəranda güclü küləklə müşayiət olunan yağış meyvə bağlarına ciddi ziyan vurub. Yağıntılar Separadi, Tükəvilə, Şağlaser, Vilvan, Zövlə və digər kəndlərdə təsərrüfatlarda fəsad yaradıb.

Tükəvilə kəndində kinkan və kivi bağlarında məhsul itkisi qeydə alınıb. Təxminən 15 hektarlıq kivi bağında ağac və budaqlar da zədələnib. Bu il həmin təsərrüfatdan 300 ton kivi, 250 ton kinkan məhsulu gözlənilirdi.

Separadi kəndində 120 hektardan çox sahədə yetişdirilən naringi, limon və portağal ağaclarına ziyan dəyib. Şağlaser kəndində isə çiyələk sahələri zərər görüb.

Fermerlər bağlarda yaranan fəsadları aradan qaldırmağa çalışırlar. Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, əksər bağlar sığortalanıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05