Azərbaycanda qadınların maaşı kişilərdən 389 manat azdır
1business.media xəbər verir ki, 2025-ci ildə Azərbaycanda muzdla çalışan qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin orta maaşı isə 1 264 manat olub.
Beləliklə, kişilərlə qadınların orta əməkhaqqı arasında 389,4 manat fərq yaranıb. Qadınların orta maaşı kişilərin maaşının 69,2 faizini təşkil edib.
Maaş fərqi iqtisadi fəaliyyət sahələrinə görə dəyişir. Məsələn, maliyyə və sığorta sektorunda qadınların orta aylıq əməkhaqqı 2 016,8 manat, kişilərin orta maaşı isə 3 437,8 manat təşkil edib.
