BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Dövlət və Vətəndaş Cəmiyyəti (ADVCA)

İşləməyən şəxslərə minimum əməkhaqqı məbləğində müavinət verilə bilər – Kimlərə şamil olunacaq?

 İşləməyən şəxslərə minimum əməkhaqqı məbləğində müavinət verilə bilər – Kimlərə şamil olunacaq?
1business.media xəbər verir ki, Azərbaycanda hərbi qulluqçuların yeni xidmət yerinə köçməsi səbəbindən işini itirən həyat yoldaşlarına minimum aylıq əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur.
 
Bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məlumat verib.
 
Onun sözlərinə görə, bununla bağlı “Hərbi qulluqçuların statusu haqqında” Qanuna dəyişiklik layihəsi hazırlanıb. 
 
 
Kimlər bu ödənişi ala biləcək?
 
Təklifə əsasən, hərbi qulluqçu yeni xidmət yerinə təyin edildikdə ailəsi də həmin əraziyə köçürülür. Həyat yoldaşının yeni yaşayış yerində işlə təmin olunması mümkün olmadıqda ona pul müavinəti verilməsi nəzərdə tutulur.
 
Müavinətin məbləği nə qədər olacaq?
 
Ödənişin minimum aylıq əməkhaqqı səviyyəsində müəyyənləşdirilməsi təklif edilir. Məbləğ qanunvericiliklə müəyyən edilən minimum əməkhaqqına uyğun olacaq.
 
Qərar artıq qüvvəyə minibmi?
 
Hazırda söhbət qanunvericiliyə təklif olunan dəyişiklikdən gedir. Müavinətin ödənilməsi üçün müvafiq qanun dəyişikliyinin qəbul edilməsi tələb olunur.
 
Qeyd edək ki, bu təklif bütün işsiz şəxslərə deyil, hərbi qulluqçunun yeni xidmət yerinə köçməsi nəticəsində işlə təmin oluna bilməyən həyat yoldaşlarına aiddir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05