BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Dövlət və Vətəndaş Cəmiyyəti (ADVCA)

Azərbaycanda qeyri-dövlət müəssisələrinə 129,6 milyon manat subsidiya ayrılacaq

 Azərbaycanda qeyri-dövlət müəssisələrinə 129,6 milyon manat subsidiya ayrılacaq
2027-ci ildə Azərbaycanda qeyri-dövlət müəssisələrinə dövlət büdcəsindən 129,6 milyon manat subsidiya verilməsi proqnozlaşdırılır.
 
1business.media xəbər verir ki, bu barədə Hesablama Palatasının 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair rəyində bildirilib.
 
Sənədə əsasən, subsidiyaların həcmi 2026-cı illə müqayisədə 52,2 milyon manat və ya 67,5 faiz artırılacaq.
 
Artımın əsas səbəbi ictimai nəqliyyat sahəsində islahatlarla bağlı xərclər üzrə qeyri-dövlət müəssisələrinə ayrılacaq subsidiyanın 64,4 milyon manat artırılmasıdır.
 
Beləliklə, 2027-ci ildə qeyri-dövlət müəssisələrinə dövlət dəstəyinin əhəmiyyətli dərəcədə genişləndirilməsi nəzərdə tutulur
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05