Rusiyalı milyarderlər 28 milyard dollardan çox itirib
Rusiyanın ən zəngin biznesmenlərinin ümumi sərvəti 2026-cı ilin əvvəlindən 28 milyard dollardan çox azalıb.
1business.media xəbər verir ki, “Bloomberg Billionaires Index”in oktyabr ayının sonuna olan məlumatlarına əsasən, rusiyalı milyarderlər arasında ən böyük itki “Nornikel” şirkətinin prezidenti Vladimir Potanində qeydə alınıb. Onun sərvəti 8,1 milyard dollar azalaraq 21,6 milyard dollara düşüb.
İkinci ən böyük azalma “Oneksim” şirkətinin sahibi Mixail Proxorovda olub. Onun sərvəti 4,86 milyard dollar azalaraq 10,8 milyard dollara enib.
Üçüncü sırada Mixail Fridman qərarlaşıb. Onun sərvəti 3,8 milyard dollar azalaraq 10,4 milyard dollar təşkil edib.
Sərvəti azalan digər rusiyalı milyarderlər arasında “Telegram”ın həmtəsisçisi Pavel Durov, “NLMK” Direktorlar Şurasının sədri Vladimir Lisin, “NOVATEK”in həmtəsisçisi Leonid Mixelson və digər iş adamları da yer alıb.
“Bloomberg Billionaires Index” milyarderlərin sahib olduqları şirkətlərdəki paylarının dəyəri əsasında hesablanır. Reytinq dünyanın ən zəngin 500 iş adamını əhatə edir.
