Mərkəzi Bank 2027-ci il üçün inflyasiya proqnozunu açıqlayıb
1business.media xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin büdcə zərfinin müzakirəsi zamanı çıxış edib.
O bildirib ki, ölkədə iqtisadi artım perspektivləri nikbin qiymətləndirilir. Növbəti ildə xarici sektor üzrə əlverişli mövqenin qorunacağı və Mərkəzi Bankın proqnozlarına əsasən, cari əməliyyatlar hesabında profisitin yaranacağı gözlənilir.
Taleh Kazımovun sözlərinə görə, 2027-ci ildə də məzənnə sabitliyi qiymət sabitliyinin əsas dayağı olacaq. İnflyasiya proqnozu hədəf daxilindədir və qiymət sabitliyinin qorunacağı gözlənilir.
Mərkəzi Bankın sədri maliyyə sektorunun dərinləşməsinin və maliyyə sabitliyinin qorunmasının pul siyasətinin iqtisadiyyata təsirini gücləndirəcəyini vurğulayıb.
