Mərkəzi Bank Portmanata məcburi göstəriş verdi
1business.media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı “Portmanat” brendi ilə fəaliyyət göstərən “Mobile Payment Solutions” MMC-də aparılan yoxlama zamanı qanunvericilik və normativ aktların tələblərinin pozulduğunu müəyyən edib.
Aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üçün şirkətə icrası məcburi olan göstərişlər verilib.
Tədbir “Mərkəzi Bank haqqında” Qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddələrinə əsasən tətbiq olunub.
“Mobile Payment Solutions” MMC 2024-cü ilin iyulunda Mərkəzi Bankdan elektron pul təşkilatı kimi fəaliyyət göstərmək üçün lisenziya alıb. Şirkət “Portmanat” brendi altında elektron pul emissiyası, ödəniş əməliyyatları və ekvayrinq xidmətləri göstərir.
