Azərbaycan OPEC+ kvotasından gündəlik 111 min barel geri qalıbAzərbaycanda neft hasilatı 2026-cı ilin oktyabr ayında gündəlik 440 min barel təşkil edib. Bu göstərici ölkənin OPEC+ sazişi üzrə müəyyən edilmiş hasilat kvotasından 111 min barel azdır.
1business.media xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) noyabr ayı üzrə hesabatında bildirilib.
Hesabata əsasən, Azərbaycanın oktyabrda gündəlik neft hasilatı sentyabr ayı ilə müqayisədə 1 min barel azalıb.
OPEC+ çərçivəsində Azərbaycan üçün 2026-cı il üzrə gündəlik neft hasilatı kvotası 551 min barel müəyyən edilib. Faktiki hasilat isə bu həddən xeyli aşağı olub.
Beləliklə, oktyabr ayında ölkənin gündəlik neft hasilatı müəyyən edilmiş kvotanın təxminən 80 faizini təşkil edib.
