Qarabağ və Şərqi Zəngəzurun 48 yaşayış məntəqəsində sürətli internet varQarabağ və Şərqi Zəngəzurda telekommunikasiya infrastrukturu genişləndirilir. Hazırda işğaldan azad edilmiş ərazilərin 48 yaşayış məntəqəsində yüksəksürətli internet, telefon və televiziya xidmətləri göstərilir.
1business.media xəbər verir ki, xidmətlər müasir GPON texnologiyası əsasında təqdim olunur.
Bölgədə mobil rabitənin əhatə dairəsinin genişləndirilməsi üçün baza stansiyaları da fəaliyyət göstərir.
Poçt xidmətləri Ağdam, Ağdərə, Cəbrayıl, Füzuli, Kəlbəcər, Xocalı, Xocavənd, Qubadlı, Laçın, Şuşa və Zəngilan rayonlarında, eləcə də Xankəndi şəhərində təşkil edilib.
Radio və televiziya yayımı isə quraşdırılmış yayım stansiyaları vasitəsilə regionun demək olar ki, bütün ərazisini əhatə edir.
Yeni rabitə infrastrukturu sakinlərin internetə çıxışını asanlaşdırmaqla yanaşı, elektron xidmətlərdən, distant təhsildən və onlayn ticarətdən istifadə imkanlarını da genişləndirir
