Azərbaycan və Estoniya rəqəmsal sahədə əməkdaşlığı genişləndirir
1business.media xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Estoniyanın ədliyyə və rəqəmsal işlər naziri Liisa-Li Pakosta ilə görüş keçirib.
Görüşdə iki ölkə arasında rəqəmsal inkişaf, süni intellekt, rəqəmsal hökumət və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Tərəflər Estoniyanın qabaqcıl təcrübəsinin öyrənilməsi, süni intellektin dövlət sektorunda tətbiqi, innovativ texnologiyaların təşviqi və texnologiya şirkətləri arasında əlaqələrin gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Gələcəkdə Hökumətlərarası Komissiya çərçivəsində rəqəmsallaşma məsələlərinin müzakirəsinin davam etdirilməsi və konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün mütəmadi onlayn görüşlərin keçirilməsi barədə razılıq əldə olunub.
