Azərbaycanın daxili dövlət borcu 1,6 milyard manat azalıb
1business.media xəbər verir ki, 2026-cı il oktyabrın 1-nə Azərbaycanın daxili dövlət borcu 16 milyard 230,1 milyon manat təşkil edib. Bu məbləğ cari il üzrə proqnozlaşdırılan ÜDM-in 11,8 faizinə bərabərdir.
Maliyyə Nazirliyinin hesabatına görə, daxili dövlət borcu ilin əvvəlindən 1 milyard 574,4 milyon manat azalıb. Daxili borcun 7 milyard 766,2 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8 milyard 463,9 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərin payına düşür.
Dövriyyədə olan dövlət qiymətli kağızlarının 56 faizi 5 ilədək, 44 faizi isə 5 il və daha artıq müddətə buraxılıb.
