Bakıda hazır restoran biznesi 2,2 milyon manata satışa çıxarıldı
1business.media xəbər verir ki, Bakının Yasamal rayonunda, Elmlər Akademiyası metrostansiyasının yaxınlığında fəaliyyətə hazır restoran satışa çıxarılıb. Obyekt üçün 2 milyon 200 min manat qiymət müəyyən edilib.
Ümumi sahəsi 380 kvadratmetr olan restoran 18 mərtəbəli yeni tikili binanın birinci mərtəbəsində yerləşir. Elmlər Akademiyası metrostansiyasından obyektə təxminən 5 dəqiqəyə çatmaq mümkündür.
Restoran tam təmirli və fəaliyyətə hazır vəziyyətdədir. Obyektdə 4 VIP kabinet, böyük banket zalı və peşəkar mətbəx mövcuddur. Tavanın hündürlüyü 4,5 metrdir.
Restoran mərkəzi havalandırma və istilik sistemi ilə təchiz edilib. Qaz, su və elektrik enerjisi təminatının daimi olduğu bildirilir. Obyektin qarşısında avtomobillər üçün parklanma imkanı var.
