1business.media xəbər verir ki, Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınmasına dair yeni konvensiya layihəsi üzrə növbəti müzakirələr keçirilib.
Dövlət Vergi Xidmətinin məlumatına görə, layihə gəlirlər və əmlakın dəyərinin artımından əldə olunan gəlirlər üzrə vergiləri əhatə edir. Sənədin imzalanması və ya qüvvəyə minməsi barədə məlumat verilməyib.
