BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Manşet

Konstitusiya Məhkəməsi əməkdaşlarına rəqəmsal transformasiya təlimi

1business.media xəbər verir ki, noyabrın 3-də Konstitusiya Məhkəməsinin əməkdaşları üçün “Dövlət idarəçiliyində rəqəmsal transformasiya” təlim proqramına başlanılıb.

Dövlət İdarəçilik Akademiyasının təşkil etdiyi proqramın açılışında Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Akademiyanın rektoru, akademik Urxan Ələkbərov çıxış ediblər.
 
Daha sonra Urxan Ələkbərov “Süni intellekt və rəqəmsallaşma müasir dövlət idarəçiliyində” mövzusunda mühazirə oxuyub. Mühazirədə süni intellektin dövlət institutlarının fəaliyyətinə inteqrasiyası və innovativ idarəetmə imkanları nəzərdən keçirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05