1business.media xəbər verir ki, “Azərsun Holdinq”in tərkibində fəaliyyət göstərən “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC 2026-cı ilin yanvar-sentyabr aylarında qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Şirkətin ixrac həcmi 2025-ci ilin ilk 9 ayında 46,6 milyon dollar olduğu halda, 2026-cı ilin eyni dövründə 112,1 milyon dollara yüksəlib.
Bu, 65,5 milyon dollar və ya 140,6 faiz artım deməkdir. Şirkətin ixrac göstəricisinin yüksəlməsi istehsal və ixrac potensialının genişləndiyini göstərir.
“Azərsun Holdinq” yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması və qeyri-neft sektorunun ixrac imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.
