BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Dövlət və Vətəndaş Cəmiyyəti (ADVCA)

Xəstəlik müavinətinin adambaşına düşən məbləği 1 262 manata çatacaq

 2027-ci ildə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlərin adambaşına düşən orta məbləğinin 1 262 manata yüksələcəyi proqnozlaşdırılır.
 
1business.media xəbər verir ki, bu barədə 2027-ci il üzrə büdcə proqnozlarında məlumat verilib.
 
Söhbət xəstəlik və ya xəsarət səbəbindən müvəqqəti işləmək imkanını itirən şəxslərə verilən sosial sığorta müavinətindən gedir.
 
Müavinətin məbləği şəxsin əvvəlki dövrdə əldə etdiyi və məcburi dövlət sosial sığorta haqqı hesablanan qazanc əsasında müəyyən edilir. Ödəniş xəstəlik vərəqəsinə əsasən həyata keçirilir. 
 
 
Qüvvədə olan qaydalara görə, müavinət almaq üçün şəxsin ən azı 6 ay sosial sığorta stajı olmalıdır. Xəstəliyin ilk 14 təqvim günü işəgötürənin, sonrakı dövr isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına ödənilir. 
 
 
1 262 manat hər kəsə veriləcək sabit ödəniş deyil. Bu rəqəm büdcə proqnozunda göstərilən adambaşına orta məbləğdir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05