BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes

Azərbaycanda satıcısız mağaza açıldı – Alıcılar məhsulu özü seçib pulunu kassaya qoyur

 Azərbaycanda satıcısız mağaza açıldı – Alıcılar məhsulu özü seçib pulunu kassaya qoyur
Azərbaycanda fərqli ticarət modeli tətbiq olunmağa başlayıb. Qax rayonunda satıcısı olmayan un məmulatları mağazası fəaliyyətə başlayıb.
 
1business.media xəbər verir ki,  mağazada alıcılar istədikləri məhsulu özləri seçir, ödənişi isə xüsusi kassaya edirlər.
 
Mağazanın sahibi Rüstəm Ramazanlı bildirib ki, bu satış modeli bir sıra inkişaf etmiş ölkələrdə uğurla tətbiq olunur. Onlar da həmin təcrübəni Qaxda həyata keçirməyə qərar veriblər.
 
Yeni mağaza sakinlərin marağına səbəb olub. Alıcılar məhsulları sərbəst seçərək pulunu kassaya qoyur və mağazanı tərk edirlər.
 
Sahibkarın sözlərinə görə, gələcəkdə mağazadakı məhsulların çeşidini artırmaq və bu satış modelini Azərbaycanın digər şəhərlərində də tətbiq etmək planlaşdırılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05