BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Bank

Kredit götürənlərə kimlər zamin dura bilməyəcək? – Yeni məhdudiyyət

 Kredit götürənlərə kimlər zamin dura bilməyəcək? – Yeni məhdudiyyət
Azərbaycanda istehlak krediti götürən şəxslərə zamin duranlarla bağlı yeni maliyyə tələbi tətbiq edilib. Borc yükü gəlirlərinin 70 faizini aşan şəxslər artıq zamin qismində çıxış edə bilməyəcəklər.
 
1business.media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov müvafiq qərar imzalayıb. 
 
 
Kimlər zamin ola bilməyəcək?
 
Yeni qaydaya əsasən, zaminin mövcud borc ödənişlərinin gəlirlərinə nisbəti 70 faizdən çox olmamalıdır.
 
Məsələn:
- Aylıq gəliri 1 000 manat olan şəxsin borc ödənişləri 700 manatı keçməməlidir.
- Borc ödənişləri 750 manatdırsa, həmin şəxs zamin ola bilməyəcək.
- Borc ödənişləri 600 manatdırsa, digər bank tələbləri də ödənildiyi halda zaminlik mümkündür.
Qayda nə vaxtdan qüvvədədir?
 
Yeni tələb 10 noyabr 2026-cı ildən sonra yaranan kredit öhdəliklərinə şamil edilir. 
 
 
Dəyişikliyin məqsədi zaminlərin həddindən artıq borclanmasının qarşısını almaq və bankların kredit risklərini azaltmaqdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05