Rabitəbank 1 250 ağacın əkilməsi aksiyasında iştirak edib
1business.media xəbər verir ki, Rabitəbank 8 Noyabr – Zəfər Gününə həsr olunan ağacəkmə aksiyasına qoşulub.
Aksiya Abşeron rayonunun Müşfiqabad qəsəbəsində keçirilib. Tədbir çərçivəsində 2 hektar ərazidə 1 250 Eldar şamı və zeytun ağacı əkilib.
Bankın əməkdaşları ətraf mühitin qorunması və yaşıllıq sahələrinin artırılması təşəbbüsünə dəstək veriblər.
Rabitəbank bildirir ki, əkilən ağaclar gələcək nəsillər üçün daha sağlam və dayanıqlı ətraf mühitin formalaşmasına töhfə verəcək.
