BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Yelo Bank ağacəkmə aksiyasına qoşulub – 1 250 ağac əkilib

 Yelo Bank ağacəkmə aksiyasına qoşulub – 1 250 ağac əkilib

1business.media xəbər verir ki, Yelo Bank komandası Zəfər Günü ərəfəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında iştirak edib.

Aksiya çərçivəsində Bakının Müşfiqabad qəsəbəsində 2 hektar ərazidə 1 250 Eldar şamı və zeytun ağacı əkilib.

Yelo Bank əməkdaşları ətraf mühitin qorunmasına və yaşıllıq sahələrinin artırılmasına yönələn təşəbbüsə öz töhfələrini veriblər.

Məlumata görə, ağacəkmə aksiyası 10 il ərzində 1 milyon ağacın əkilməsini hədəfləyir. Təşəbbüs artıq dördüncü ildir davam edir.

Yelo Bank bu təşəbbüsün bir hissəsi olmaqdan məmnunluğunu ifadə edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05