BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Azərbaycan və Özbəkistan rəqəmsal əməkdaşlığı genişləndirir

 Azərbaycan və Özbəkistan rəqəmsal əməkdaşlığı genişləndirir

1business.media xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin birinci müavini Ayubxon Sultanov ilə görüşüb.

Görüşdə iki ölkə arasında rəqəmsal hökumət sahəsində əməkdaşlığın genişləndirilməsi, “myGov” platforması üzrə təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Tərəflər süni intellekt agentləri əsasında rəqəmsal xidmətlərin hazırlanması və tətbiqi, eləcə də nitqin mətnə çevrilməsi modellərinin inkişafı istiqamətində əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

Müzakirələrdə startap ekosisteminin inkişafı da diqqət mərkəzində olub. Hər iki ölkənin texnoparkları arasında əlaqələrin gücləndirilməsi, startapların qarşılıqlı bazarlara çıxış imkanlarının artırılması barədə fikir mübadiləsi aparılıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05