BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Bakıda vergi cinayətlərinin araşdırılması üzrə beynəlxalq seminar keçirilir

 Bakıda vergi cinayətlərinin araşdırılması üzrə beynəlxalq seminar keçirilir

1business.media xəbər verir ki, Bakıda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə beynəlxalq seminar keçirilir.

İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin dəstəyi ilə təşkil olunan seminar “Vergi cinayətlərinin araşdırılması üzrə Yetkinlik Modeli” əsasında özünüqiymətləndirməyə həsr edilib.

Tədbirin əsas məqsədi vergi cinayətlərinin araşdırılması sahəsində mövcud imkanların qiymətləndirilməsi, institusional potensialın gücləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsidir.

Seminar çərçivəsində vergi cinayətlərinin araşdırılması mexanizmləri və bu sahədə əməkdaşlıq imkanlarının müzakirəsi nəzərdə tutulur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05