“Mənşə sertifikatı”: elektron müraciət qaydaları izah olunub
1business.media xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində “Mənşə sertifikatı” alt modulunun tətbiqi və funksional imkanlarına dair maarifləndirici görüş keçirilib.
Agentliyin oktyabrın 26-da yaydığı məlumata görə, iştirakçılara alt modulun imkanları təqdim olunub, elektron müraciət prosesi və sistemdən istifadə qaydaları izah edilib.
