Robotların “gözü” 299 dollara: yeni sensor bazara çıxır
1business.media xəbər verir ki, Çinin Benewake şirkəti mobil robotlar üçün hazırladığı SR18 adlı üçölçülü LiDAR sensorunun kütləvi istehsalına başladığını açıqlayıb.
Şirkətin məlumatına görə, 190 qramlıq qurğu ətraf mühiti 360 dərəcə əhatə edir və orta hesabla 5 vattdan çox enerji sərf etmir. Sensor təmizlik, çatdırılma və sənaye robotlarında istifadə üçün nəzərdə tutulub.
299 dollar qiymət müəyyən edilən məhsulun qlobal satışına noyabrın 30-da başlanması planlaşdırılır.
