BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik / Video

Plastik əşyalardan tozsoran hazırladı — səkkizinci sinif şagirdindən yaradıcı layihə

1business.media xəbər verir ki, Qəbələ rayonu Nohurqışlaq kənd İlham Abdulkərimov adına tam orta ümumtəhsil məktəbinin 8-ci “B” sinif şagirdi Uğur Mürşüdov plastik əşyalardan istifadə edərək tozsoran modeli hazırlayıb.
 
Məktəbin paylaşdığı məlumata görə, layihə fizika dərsi zamanı təqdim olunub. Videoda şagird hazırladığı modelin iş prinsipini izah edir və onunla masa üzərindəki xırda kağız parçalarını təmizləyir.
 
Layihə dərsdə öyrənilən biliklərin praktik tətbiqinə və şagirdin texniki yaradıcılığına nümunədir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05