BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Alqı satqı

Ukraynadan gətirilən yağın satışı dayandırılır – Uyğunsuzluq aşkarlanıb

 Ukraynadan gətirilən yağın satışı dayandırılır – Uyğunsuzluq aşkarlanıb
Ukraynadan Azərbaycana idxal edilən kərə tərkibli spred yağının bir partiyasında normativ tələblərə uyğunsuzluq müəyyən edilib. Məhsulun dövriyyəsinin dayandırılması və geri çağırılması barədə qərar qəbul olunub.
 
1business.media xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı laborator müayinələr zamanı “Lyuks Golden Ratne 81,5%, 5 kq” əmtəə nişanlı yağ məhsulunda uyğunsuzluq aşkarlanıb.
 
Məhsul “Qədiroğlu” MMC tərəfindən idxal edilib, Ukraynanın “Ratnovskiy molokozavod” MMC müəssisəsində istehsal olunub. Yoxlamaya cəlb edilən partiyanın istehsal tarixi 25 avqust 2026-cı il, son istifadə tarixi isə 25 avqust 2027-ci ildir.
 
Aşkarlanan faktla bağlı məhsul partiyasının satışının dayandırılması və ticarət şəbəkələrindən geri çağırılması barədə qərar verilib. İstehsalçı müəssisədən Azərbaycana ixracın müvəqqəti məhdudlaşdırılması və sertifikatlaşdırmanın dayandırılması üçün Ukraynanın aidiyyəti qurumuna bildiriş göndərilib. 
 
 
 
AQTA xatırladıb ki, bundan əvvəl Ukraynadan idxal olunan başqa bir yağ məhsulunda da uyğunsuzluq müəyyən edilib. Həmin məhsulla bağlı da ixracın dayandırılması üçün müraciət ünvanlanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05