BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Manşet

Alqoritmlərdən şəxsi brendə: “Rəqəmsal Media Ayı” başlayıb

1business.media xəbər verir ki, Media və Yayım Şurasının təşəbbüsü ilə noyabr ayını əhatə edən “Rəqəmsal Media Ayı” çərçivəsində tədbirlərə başlanılıb.

Proqramın ilk günü rəqəmsal media trendləri, platforma alqoritmləri, şəxsi brend və auditoriya ilə əlaqə mövzularına həsr olunub. Rəqəmsal marketinq və süni intellekt üzrə mütəxəssis Cəfər Nəcəfov, həmçinin kontent yaradıcısı Pərviz Sadıqov təqdimatlarla çıxış ediblər.
 
Noyabr boyunca praktiki təlimlər, seminarlar və şəbəkələşmə görüşləri nəzərdə tutulur. Proqramda süni intellekt, informasiya təhlükəsizliyi və dezinformasiya ilə mübarizə mövzularına da diqqət yetiriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05