“AzərGold”un ixrac gəlirləri 31 faiz artıb
1business.media xəbər verir ki, “AzərGold” QSC 2026-cı ilin yanvar-sentyabr aylarında 217,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Şirkətin ixrac göstəricisi ötən ilin eyni dövründə 165,6 milyon dollar olub. Bu il ixracın dəyəri 51,5 milyon dollar və ya 31,1 faiz artıb.
Beləliklə, “AzərGold” qeyri-neft sektorunun əsas ixracatçıları arasında yüksək artım göstərən şirkətlərdən biri olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanın qeyri-neft ixracı da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz artaraq 3,2 milyard dollara çatıb.
