Tbilisidə Azərbaycan şirkətinin yeni beşulduzlu hoteli açılıb
1business.media xəbər verir ki, “PAŞA Real Estate Qrup”un beynəlxalq hotel portfelinə daxil olan “ART Riverfront Hotel Tbilisi” fəaliyyətə başlayıb.
Hotelin rəsmi açılış mərasimində Azərbaycanın Baş naziri Əli Əsədov, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Tbilisi şəhərinin meri Kaxa Kaladze, eləcə də hər iki ölkənin dövlət qurumlarının və biznes ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tbilisinin mərkəzində, Kür çayının sahilində yerləşən beşulduzlu hotel müasir memarlıq üslubu və yüksək xidmət standartları ilə seçilir.
Yeni hotelin fəaliyyətə başlaması Tbilisinin turizm və hotelçilik sektorunun inkişafına töhfə verməyi hədəfləyir.
