BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Bank

Çin 5,4 milyard dollarlıq robot sazişini blokladı – SoftBank-ın planı baş tutmadı

 Çin 5,4 milyard dollarlıq robot sazişini blokladı – SoftBank-ın planı baş tutmadı
Çin Yaponiyanın “SoftBank” şirkətinin İsveçrə-İsveç sənaye nəhəngi “ABB”nin robototexnika bölməsini 5,375 milyard dollara satın almasına mane olub.
 
1buiness.media xəbər verir ki, “ABB” şirkəti noyabrın 5-də yaydığı açıqlamada Çin hökumətinin xarici investisiyaların təhlükəsizliyinə nəzarət edən qurumunun sövdələşməni qadağan etdiyini təsdiqləyib
 
 
“SoftBank” bu satınalma barədə razılaşmanı 2025-ci ilin oktyabrında əldə etmişdi. Şirkətin məqsədi robototexnika sahəsində mövqelərini gücləndirmək və süni intellekt texnologiyalarını sənaye robotları ilə birləşdirmək idi.
 
Çinin qərarının arxasında texnologiya və məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqların dayandığı bildirilir. Pekin robototexnika sahəsində Çində yaradılan texnologiyaların və məlumatların xarici şirkətlərin nəzarətinə keçməsini risk hesab edir. 
 
 
“ABB”nin robototexnika bölməsi Çin bazarında mühüm mövqeyə malikdir. Şirkətin bu ölkədə geniş istehsal və tədqiqat infrastrukturu mövcuddur.
 
Tərəflər qərardan sonra da danışıqları davam etdirir və sövdələşmənin mümkün həlli yollarını araşdırırlar. 
 
 
Bu qərar “SoftBank”ın robototexnika və fiziki süni intellekt sahəsində genişlənmə planlarına ciddi maneə yaradıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05