BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Azərbaycanda proqram təminatı bazarı 559 milyon manata çatıb

 Azərbaycanda proqram təminatı bazarı 559 milyon manata çatıb
Azərbaycanda proqram təminatının hazırlanması və bu sahədə məsləhət xidmətlərinin həcmi sürətlə artır. 2026-cı ilin yanvar-sentyabr aylarında bu istiqamət üzrə 558,8 milyon manatlıq xidmət göstərilib.
 
1business.media xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 32,2 faiz çoxdur.
 
Hesabat dövründə informasiya və rabitə müəssisələri ümumilikdə 3 milyard 257,1 milyon manatlıq xidmət göstərib. Bu, illik müqayisədə real ifadədə 11,1 faiz artım deməkdir.
 
Xidmətlərin 987,1 milyon manatı mobil telefon rabitəsinin, 524,3 milyon manatı internet xidmətlərinin, 558,8 milyon manatı proqram təminatının işlənməsi və məsləhət xidmətlərinin payına düşüb.
 
İnternet xidmətlərində artım 21,5 faiz, informasiya xidmətlərində 8,6 faiz, mobil telefon rabitəsində isə 3,3 faiz təşkil edib.
 
Rəqəmlər proqram təminatı və rəqəmsal xidmətlərin Azərbaycanın informasiya-rabitə sektorunda çəkisinin artdığını göstərir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05