Mayaminin 652 otaqlı oteli əl dəyişdi
1business.media xəbər verir ki, Gencom və White Bridge Capital tərəfdaşlığı InterContinental Miami otelini satın alıb.
Sahilboyu yerləşən 652 otaqlı obyekt Gencom-un ABŞ-dakı hotel portfelinə əlavə olunub. Bu, şirkətin InterContinental brendi altında ikinci otelidir.
Alış şirkətin Mayamidəki turizm və qonaqpərvərlik biznesində iştirakını genişləndirir. Tərəfdaşlığın açıqlamasında əməliyyatın qiyməti göstərilməyib.
