BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Alqı satqı

Azərbaycanda içki və tütün məmulatlarının satışı artıb – 2,1 milyard manatı keçib

 Azərbaycanda içki və tütün məmulatlarının satışı artıb – 2,1 milyard manatı keçib
Azərbaycanda içki və tütün məmulatlarının pərakəndə satışında artım qeydə alınıb. İlin ilk doqquz ayında istehlakçılar bu məhsulların alınmasına 2 milyard manatdan çox vəsait xərcləyiblər.
 
1business.media xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində 2 milyard 129,7 milyon manatlıq içki və tütün məmulatları satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,3 faiz çoxdur. 
 
 
Əhalinin xərclərinin 4,2 faizi bu məhsullara yönəlib
 
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində aldığı mallara sərf etdiyi vəsaitin 4,2 faizi içki və tütün məmulatlarının payına düşüb.
 
Ümumi pərakəndə ticarət dövriyyəsi də artıb
 
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 50 milyard 774,7 milyon manat təşkil edib. Bu göstərici illik müqayisədə real ifadədə 3,8 faiz artıb.
 
Ərzaq məhsullarının satışında 1,4 faiz, qeyri-ərzaq mallarının satışında isə 6,7 faiz artım qeydə alınıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05