1business.media xəbər verir ki, Amazon şirkətinin səhmləri bazar gözləntilərindən zəif rüblük hesabatın açıqlanmasından sonra birjadan sonrakı ticarətdə 7% ucuzlaşıb.
Şirkətin üçüncü rübdə gəliri illik müqayisədə 12,1% artaraq 201,94 milyard dollara çatıb. Analitiklər isə 202,22 milyard dollar gəlir gözləyirdi.
Səhm üzrə mənfəət 1,89 dollar təşkil edib. Bazarın gözləntisi 1,97 dollar olub.
Amazon son 12 ay üzrə sərbəst pul axınının 42,4 milyard dollar mənfi olduğunu açıqlayıb. Buna şirkətin kapital xərclərinin artması təsir edib.
Şirkət dördüncü rübdə gəlirinin 240-247 milyard dollar arasında olacağını proqnozlaşdırıb. Analitiklərin orta gözləntisi isə 244,17 milyard dollar təşkil edir.
