Mobil oyunların hazırlanması və tanıdılmasına 10 milyon dollar ayrılır
“Mika Games” investisiya şirkəti mobil oyun studiyalarını dəstəkləmək üçün 10 milyon dollar maliyyələşmə cəlb edib.
1business.media Tech.eu-ya istinadən xəbər verir ki, raunda “Flint Capital” rəhbərlik edib.
Şirkət erkən mərhələdə olan studiyalara oyunların hazırlanması ilə yanaşı, oyunçu cəlb etmək üçün marketinq kampaniyalarını da maliyyələşdirməyi hədəfləyir.
Yeni vəsait studiyalara məhsullarının kommersiya potensialını sınaqdan keçirməyə və istifadəçi bazasını genişləndirməyə imkan verməlidir.
