Britaniyanın “Sainaptic” startapı təhsil və təlim müəssisələri üçün hazırladığı qiymətləndirmə texnologiyasına 1 milyon funt sterlin investisiya alıb.
1business.media Tech.eu-ya istinadən xəbər verir ki, raunda “Cornerstone VC” və “Ufi Ventures” birgə rəhbərlik edib.
Şirkət məhsulunu tapşırıqların yoxlanılması və rəy verilməsi ilə yanaşı, keyfiyyətə nəzarət, analitika və fərdiləşdirilmiş qiymətləndirmə istiqamətlərində genişləndirməyi planlaşdırır.
