Təlim materiallarını avtomatlaşdıran startap 2,6 milyon Yeni Zelandiya dolları cəlb edib
Yeni Zelandiyanın “SupaHuman” şirkəti peşə təhsili və iş yerində təlim proqramları üçün hazırladığı texnologiyaya 2,6 milyon Yeni Zelandiya dolları investisiya alıb.
1business.media Startup Daily-yə istinadən xəbər verir ki, raunda “Movac” rəhbərlik edib.
Şirkətin proqramları təlim materiallarının və qiymətləndirmə tapşırıqlarının hazırlanmasını, yoxlanmasını və təqdim olunmasını avtomatlaşdırır.
Yeni vəsait Avstraliya bazarında genişlənməyə və Yeni Zelandiyadakı fəaliyyətin gücləndirilməsinə yönəldiləcək.
